Ərdoğandan İraqı titrədən Kərkük – Çıxışı

Kərkükdə milli bayraqdan başqa bir bayrağın asılmasını yanlış hesab edirəm.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda təşkil olunmuş referendum mitinqində çıxışı zamanı deyib.

“Oradakı bayrağın sahibləri bilsinlər ki, separatçılıq edirlər. Mən İraq Kürd Muxtar Vilayətinin (İKMV) rəhbərliyinə səslənirəm: Bu, yanlış addımı atmayın! Hətta İraq hökuməti də bunun doğru olmadığını açıqladı. Biz də eyni şəkildə buradan xəbərdarlıq edirik! Çünki biz “Kərkük kürdlərindir” cəfəngiyatına inanmırıq. Kərkük türkman, ərəb, kürdlərindir. “Bizimdir” deyib hansısa iddiada olmağın cəzası çox ağır olar: Türkiyə ilə münasibətləriniz pozular. Dərhal bayraqlarınızı endirib, İraqın milli bayrağı ilə yola davam edin”, – Ərdoğan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İraq Kürd Muxtar Vilayətinin bayrağı Kərkükdəki rəsmi təşkilat binalarından asılıb. Daha sonra Kərkük Məclisi şəhərin İraq Kürd Muxtar Vilayətinin tərkibinə daxil edilməsi haqda səsvermə keçirilməsinə qərar verib. Hər iki qərar Kərkükdəki türkmanlar tərəfindən etirazla qarşılanıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir