Uşaqların başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə qoyub.

Bakıda bir ailənin iki üzvü başı kəsilərək qətlə yetirilib, digəri ağır yaralanıb

Azadinfo.azReport“-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.
Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evinə bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə qoyub.
Faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətli törədən şəxs L.Qasımovanın qohumudur.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir