Öz toyunda qardaşını öldürən şəxs: “Səhv vurdum” – VİDEO

Səhəri gün bildim ki, qardaşımın ürəyinə vurmuşam və ölüb
ARB TV-nin “Rezonans” verilişində keçmiş məhkum Məmməd Kərimovun həyat hekayəsi təqdim edilib.

O, 8 il həbsxanada yaşadığını və niyə görə ora düşdüyünü belə nəql edib:

“Toy günüm idi. İçkili olmuşam. Restoranın həyətində dost-tanışla söhbət edirdik. Bir nəfərlə söhbətim düşdü. Qardaşım dedi ki, indi lazım deyil. Hamı sənin əhatənə toplaşıb, qonaqları yola salaq söhbət edərik. Elə oldu ki, bu adam məndən əl çəkmədi. Restoranın mətbəxinə keçdik, tutuşduq. Əlimə bıçağı almışdım ki, qorxdum, qardaşım araya girdi, səhvən ona vurdum. Əvvəl elə bildim ki, qoluna vurmuşam.

Bayıra çıxdım, sonra səhəri gün bildim ki, qardaşımın ürəyinə vurmuşam və ölüb. Belə olacağını bilmirdim. Peşmanam. Qardaşım evlidir, bir uşağı var. Hal-hazırda heç bir narazıçılıq yoxdur, həm ailəmdə, həm onun ailəsində, həm də yoldaşımın ailəsində. Yanıma gəlib-gedirlər. Valideynlərimin borcundan çıxa bilmərəm. Onlardan çox şey istəmişəm. Ayağımı dirəmişəm ki, onu alıb gətirin. Deyiblər ki, yoxdur imkan, amma demişəm gətirin. Çıxdım, gördüm ki düz deyirlərmiş. Hər şeyi başa düşdüm. Qardaş ölümü çox ağırdır”.

bizimyol.info

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir