Həbsdən azad olunan Nigeriya vətəndaşı: “8 il ərzində Azərbaycan dilini öyrəndim” – FOTOLAR

Azərbaycan Prezidentinin Novruz Bayramı münasibətilə imzaladığı əfv fərmanının icrasına başlanılıb.

Azadinfo.az Musavat.com-a istinadən xəbər verir ki, fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar.

Məhbuslar ilk olaraq 10 saylı cəzaçəkmə müəssisəsindən azad olunublar. Bəhs edilən cəzaçəkmə müssisəsində 27 nəfər azad edilib. Əfv olunanlar arasında 2 nəfər xarici ölkə vətəndaşı da var.

Narkotika ticarətinə görə həbs edilən Nigeriya vətəndaşı Flip Okvara 8 ildən sonra azad edilib. F. Okvara azad edildiyi üçün prezidəntə təşəkkür edib. Nigeriyalı keçmiş məhbus həbsdə olduğu müddət ərzində Azərbaycan dilini də öyrənib: “Narkotikə görə həbs edilmişdim. Azad olunduğum üçün çox sevinirəm. Burada Azərbaycan dilini də öyrəndim. Vətənimə qayıtMağı düşünürəm”.

Eyni maddə ilə həbs edilən digər Nigeriya vətəndaşı Odeks Emanuel vaxtı ilə futbolçu olub: “Peşəkar futbolçu idim. Narkotikə bulaşdım və həbs edildim. 8 il idi ki, burada cəza çəkirdim. Bu mənə dərs oldu”.

Məhəmməd Türkmən

Fotolar müəllifindir

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir