Elmin açıqlaya bilmədiyi həqiqət – Fövqəl gücə malik 6 insan – VİDEO

Gözü bağlıykən saniyələr içində möhtəşəm əsər çəkənlər, yalnız bir kompüterin hesablaya biləcəyi sayları hesablayanlar və ya həyatlarındakı hər detalı gününə, saatına qədər xatırlayan adi insanlar çoxdur. Demək olar ki, hansı millətdən olurlarsa olsunlar xüsusi qabiliyyətlərə malik insanlara cəmiyyətdə tez-tez rast gəlirik. Çoxlarımıza bəlli olmasa da elm aləmi illərdir bu qabiliyyətləri araşdırır. Ancaq bəzən elm də bu cür insanların sirri qarşısında aciz qalır.

Azadinfo.az bildirir ki bu barədə Moderator.az belə insanlardan 6-sı haqqında məlumat təqdim edir:

Ingo Svann və uzağı görmə

Uzaqdan monitorinq aparmaq, yüz minlərlə kilometr uzaqlıqda yerləşən bir coğrafi mövqeni fiziki olaraq orada olmadan təsvir edə bilmək.
Bu üstünlüyə malik olan bir çox insan vardır. Bununla yanaşı, bu vəziyyətin doğruluğu da sübut olunub. MKİ və NASA Stanford Universiteti ilə birlikdə uzağı görmə məsələsini də əhatə edən psixi faktlar üzərində 20 ildən çox müddətlik bir araşdırma aparıb. Aparılan təcrübələrdə ayrı otaqlarda yerləşən bir neçə şəxs bir-birindən fərqli obyektləri həqiqətdə o məkanlarda olmadıqları halda təsvir ediblər.
Tədqiqatın iştirakçılarından biri olan Ingo Swann adlı şəxs Yupiteri və o zamanlar hətta elm adamlarının belə bilmədiyi Yupiterin ətrafındakı halqanı uğurlu bir şəkildə təsvir edib. Ingo bununla da kifayətlənməyib ayın uzaqdan monitorinqini aparıb və daxilindəki digər anormal vəziyyətlər haqqında yazmağa davam edib.
Kəşfiyyat xidmətlərinin uzaqdan monitorinq faktından istifadə etdiyi doğrudur. Bu üzdən bu proqrama böyük miqdarda pul yatırıblar və vaxt sərf ediblər. Görəsən, bu məsələdə gizli saxlanılan daha nə kimi məlumatlar var?

Uru Geller və psixokinezi

Digər bir nümunə isə kosmos mühəndisi və fizik olan Jack Houckın fəaliyyətini ilə bağlıdır. Houck polkovnik J.B.Aleksandr ilə psixokinezinin (obyektləri zehin gücü ilə hərəkət etdirmə) etibarlılığını test etmək üçün bir sıra təcrübələr keçirib. Bu təcrübələrdə iştirakçılara müxtəlif metal obyektlərdən istifadə edərək psixokinetik güclərini necə hərəkətə keçirəcəkləri öyrədilib. İştirakçılar heç bir fiziki güc tətbiq etmədən metal obyektləri tamamilə bükməyə nail olublar. Həmçinin əksəriyyəti uşaqlardan ibarət olan bir qrup insanın da fiziki obyektləri “telekinez” yolu ilə bir yerdən başqa bir yerə daşıdıqları qeydə alınıb.
Bu barədə gözə çarpan adlardan biri də ekstrasens Uru Gellerdir. Geller Amerika Konqres Binasındakı çıxışı zamanı heç bir güc tətbiq etmədən bir qaşəğın yuxarı doğru əyilməsinə səbəb olub. Sözügedən qaşıq Geller onu yerinə qoyub danışmağa başaldığı zaman da əyilməyə davam edib.
Bunun bir fırıldaq olduğunu düşünsəniz və Uru Geller hadisəsinin etibarlılığını mühakimə etsəniz belə, şüurun maddi dünyamıza gözlə görünən şəkildə təsir edəcəyinə inam, elm dünyasında ən azından bəzi elm adamları tərəfindən çoxdan qəbul edilib.

Stefan Uiltşir

3 yaşında outizm diaqnozu qoyulan Stefan Uiltşir detallı şəhər mənzərələri çəkən bir sənətkardır. Uiltşir saniyələr içində səhvsiz bir şəkildə müşahidə etdiyi şəhər mənzərələrini qüsursuz olaraq kağıza ötürən kimi tanınır.
Aşağıdakı videoda Uiltşir hafizəsində saxladığı Sinqapur şəhərinin siluetini kağıza köçürür.

Vim Hof – məşhur “Iceman”

Vim Hof meditasyon yolu ilə təqribən iki saat ərzində bədən temperaturunu qoruyaraq buzda qalmağı bacarıb və bununla da bir çox elm insanının diqqətini çəkib. Bu hadisə şüurun bədənimizin müəyyən vəziyyətlərə və xəstəliklərə verdiyi reaksiyalarda nə qədər mühüm rol oynadığını göstərən və sayı getdikcə artan dəlillərdən yalnız biridir.
Vim sərt bir şəraitdə bədən temperaturunu qorumağa nail olmaqla yanaşı, Everest Dağına şortiklə dırmaşıb, yüksəklikdən qorxma xəstəliyinə müqavimət göstərib və Namibya çölündə su içmədən bir marafonu başa vurub.
Bu insanın bacardığı demək olar ki, hər şey çox insan tərəfindən imkansız kimi görünür.

Buddist rahiblər

Harvard Tibb professoru Herbert Benson və araşdırma qrupu 1980-ci illərdə ucqar monastırlara səfər etdikləri zaman Himalay dağlarında yaşayan Tummo adlı bir keşişlə tanış olublar. Bu keşiş yoqa üsulu ilə əl və ayaq barmaqlarının temperaturunu 17 dərəcəyə qədər qaldırmağı bacarırımış. Keşişlərin belə bir istiliyi necə istehsal etdikləri isə hələ də məlum deyil.
Tədqiqatçılar, həmçinin Hindistanda Sikkimdəki yüksəklikdə yaşayan meditasyoncular üzərində də işlər aparıblar. Tapıntılar tədqiqatçıları heyrətə salıb. Belə ki, həmin keşişlərdə metabolizma yüzdə 64 nisbətində ləng işləyirmiş.
1985-ci ildə Harvard araşdırma qrupu soyuq və nəm mələfələri yalnız bədən temperaturları ilə qurudan keşişləri videoya qeyd ediblər. Həmçinin, bir çox keşiş qış gecələrini 4500 metr yüksəkliyindəki Himalayda keçirir.
Maraqlıdır, həqiqətən də yoqa və meditasyon kimi üsullarla içimizdə olan fövqəladə zehni güclərimizi aşkara çıxara bilərikmi?
Daniel Tammet

2004-ci ildə Daniel Tammet 5 saat 9 dəqiqə ərzində riyaziyyat sabiti Pi sayını (3.141) səhvsiz bir şəkildə əzbərdən 22,414 evdən ibarət onluq pillələrinə ayıranda bütün diqqət ona yönəldi. Bu hadisə Oksforddakı Elm Tarixi Muzeyində baş verib və bir Avropa rekordu olaraq tarixə düşüb.
Tammeta həmin il ” autizmdən əzab çəkən savant sindromu” diaqnozu qoyulmuşdu. Bu vəziyyət “autizmdən əzab çəkən” insanlarda geniş halda rast gəlinərkən, Daniel belə və belə olmayan zəkalar arasındakı fərqin tibb dünyası tərəfindən şişirdildiyini vurğulayır. Ona görə sahib olduğu qeyri-adi istedadların səbəbi genetik bir qəribəlik deyil, gərgin və mürəkkəb düşüncəyə malik olmasındandır.
Hazırladı: Zəhra

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir