“Coca-cola” şirkətinə məxsus şirkət avtomobili qəzaya uğrayıb, ekspeditor ölüb,sürücü qaçıb-FOTO

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azadinfo.az Musavat.com-a istinadən xəbər veroir ki, “Coca-cola” şirkətinə məxsus “İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü “KamAZ” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övlad atasıdır. Onun həyat yoldaşı üçüncü övladlarına hamilədir.

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir