“Əgər Türk milləti ilə bağlı fikirlərini təkzib etməsə və üzr istəməsə…”

Biriləri Çingiz Qacara söyləsin ki 1918-ci ildə Azərbaycanda erməni daşnak-bolşevikləri necə dəhşətli bir soyqırım törətmişdi və o zaman onlara kimlər yardım etmişdi.
Biriləri Çingiz Qacara təqvimimizdəki 31 Martın tarixini danışsın.
Biriləri Çingiz Qacağa Şəhidlər Xiyabanındakı Türk şəhidliyini göstərsin və o zaman Azərbaycana kimlərin yardım etdiyini bəlkə gec də olsa anlaya bilər…
Biriləri Çingiz Qacara 37-ci illərdə bu millətin çoxlu sayda milli aydınlarını “Pantürkist” deyə qətlə yetirənlərdən danışsın.
Biriləri Çingiz Qacara Xocalı soyqırımında Azərbaycan vətəndaşlarını Türk olduqları üçün acımasızcasına qətlə yetirənlərdən danışsın.
Biriləri Çingiz Qacara Xocalı soyqırımı zamanı orada olan 366 alaydan danışsın.
Əgər bunlardan sonra Türk millətindən üzr istəməsə ona heç nə deməyin. Sadəcə Çingiz Qacar adlı birinin varlığını unudun. Əgər Türk milləti ilə bağlı mətbuatda söylədiyi fikirlərə təkzib verməsə və üzr istəməzsə şəxsən mən hər zaman belə bir alim, ziyalı tanımıram deyəcəm. Millətimi təhqir edənə sayğı duymaq kimi bir borcum yoxdur. Millətimə sayğı göstərməyən heç bir insana sayğı göstərmirəm. Çünki Millətimə sayğı göstərməyən mənə sayğı göstərə bilməz.
P.S Bir də biriləri “keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub” deyən bu adama desin ki Azərbaycan Türklərin Vətənidir, əhalinin çox hissəsi də Türklərdir və bir az məntiqin olsun heç olmasa….
P.S Hər kəs içini tökür ortaya… Hər zərərdə bir xeyir də var deyib babalarımız… Hər kəsi daha yaxından tanımaq imkanı yaranır. Sadəcə unutmamaq lazımdır… Unutmamaq…

Qənirə Paşayeva, millət vəkili

moderator.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir