Dünya tarixini silkələyən yeni kəşf — Türklərin əcdadı skiflərdir

Almaniya, ABŞ, Fransa və Rusiyadan olan bir qrup genetika alimi yeni tədqiqat aparıblar

Alimlər Avrasiyada skif mədəniyyəti daşıyıcıları üzərində böyük genetik tədqiqat aparıblar. Alimlərin məqsədi skif tarixinin demoqrafik əsaslarını anlamaqdır. Tədqiqatların nəticəsinə əsasən Avrasiya çöllərinin müxtəlif ərazilərinə səpələnmiş skiflər digər xalqlara nisbətən bir-birinə yaxın olublar. Onların davamçıları isə türkdilli xalqlardır. Tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.

Alimlər eramızdan əvvəl I minillikdə Qara dənizdən Altay dağlarına qədər yaşamış 96 nəfərin DNK-ı üzərində tədqiqat aparıblar. Məlum olub ki, arxeoloji tapıntılar əsasında üzə çıxan, dəmir dövründə yaşamış vahid skif mədəniyyətinin arxasında genetik vahidlik dayanırmış. Şərqi və Qərbi Avrasiya skifləri müxtəlif xalqlara məxsus olsa da, zaman keçdikcə hər iki istiqamətdə davam edən gen axını bütün çölün xalqının unifikasiyası ilə nəticələnib.

Skiflərin mənşəyi məsələsinə gəldikdə isə, alimlər iki əsas komponent üzərində dayanırlar: “Tunc dövrünün köçəri xalqları (Avrasiya) və şərqi Asiya xalqları (şimali Sibir).

Skiflərin davamçılarına gəldikdə isə, genetik cəhətdən ən müasir populyasiya, skif kurqanları yaxınlığında yaşayan, arxeoloji qazıntılar ətrafında yerləşən millətlər uyğun gəlir. Qərb skiflərinin davamçılarını Qafqaz və Mərkəzi asiya xalqları arasında tapmaq mümkündür. Şərq skiflərinin davamçıları isə ancaq və ancaq türkdilli xalqlar arasındadır. Bu sıraya qıpçaqdilli türk xalqları məxsusdur. Bu sonuncu əlaqə barədə geniş tədqiqat aparmaq lazımdır.

Ölkə.Az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir