Bir ayağı yoxdur, Bakı-Sumqayıt marşrutu üzrə sərnişin avtobusu sürür – VİDEO

Əlil olan şəxs 21 nəfərlik kiçik tutumlu sərnişin avtobusunu idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Xezerxeber.az məlumat verir ki, sürücü Zaur Mehmanovun bir ayağı yoxdur, amma o, Bakı-Sumqayıt arasında qeyri- qanuni sərnişindaşıma ilə məşğul olub. Sürücünün bildirdiyinə görə, uzun illərdir avtomobil idarə etdiyindən əlil olması onun üçün ciddi çətinlik yaratmır. O, hər gün əsasən pik saatlarında Bakı ilə Sumqayıt arasında bir neçə reys edib.

Sürücü bildirir ki, bəzən çox yorulanda avtomobili köməkçi sürücüyə verib. Araşdırma zamanı məlum olub ki, Zaur Mehmanovun sürücülük vəsiqəsinin də müddəti 2015 -ci ildə bitib və onu yeniləməyib. Üstəlik, onun idarə etdiyi avtomobil yük maşınıdır. Amma sürücü həmin avtomobilə oturacaqlar əlavə edərək onu sərnişin mikroavtobusuna çevirib. Bu dəyişikliyi rəsmiləşdirməyə çalışsa da, yol polisi qəbul etməyib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəsi Vaqif Əsədov bildirir ki, ümumiyyətlə, əlil sürücü sərnişin avtobusunu idarə etməməlidir. Çünki bu həm onun, həm də digərlərinin həyatını təhlükəyə atır.
İndi yol polisinin verəcəyi qərara uyqun olaraq bu sürücü 200 manata kimi cərimə oluna bilər.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir