Polis qanunsuz silah saxlayanlara qarşı növbəti əməliyyat keçirib

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları tərəfindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsinə (PB) paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Camal Bədirovda odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Bədirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman qundağı kəsilmiş “AK-74” markalı avtomat silahı, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

interaztv.com

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir