Yol polisindən şəhid yola salmaqdan gələn sürücüyə – CAVAB

Hərbi salam verib “Başımız sağ olsun, yaxşı yol” dedi və getdi

Emin Tarverdiyev adlı sürücü özünün “Facebook” səhifəsində maraqlı paylaşma edib.Fevralın 28-nə keçən gecə şəhid nəşini qarşılamaq üçün gecə yola çıxan sürücünü Bakıda yol polisi əməkdaşı saxlayıb. Sürücünün dediyi sözlərdən sonra yol polis hərbi salam verərək onu yola salıb: “Gecə aeroportdan qayıdanda saat 03:35-i keçmişdi. Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospekpetinin kəsişməsindəki işıqforda yanımda DYP maşını saxladı. Yaşıl işıq yandı, maşını yerdən götürdüm, 5-10 metr aralanmışdım ki, 99 YP 474 məni saxlamaq üçün sayrışan işıqlarını yandırdı. Sağa verib saxladım. Qısa bir dialoqumuz oldu, gözü şitin üstündəki bayrağa sataşdı. “Siz haradan gəlirsiniz?” soruşanda, “Şəhid yola salmaqdan” dedim. Hərbi salam verib, “Başımız sağ olsun, yaxşı yol” deyib getdi”.

Avtosfer.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir