“Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır”- Qənirə Paşayeva

Bu gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən yaralanan qəhrəmancasına şəhid olanlardan biri Tovuz rayonunun Yanıqlı kəndindən hərbi xidmətə yollanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədov Elvin Süleyman oğludur.

Azadinfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu gün millət vəkili Qənirə Paşayeva şəhidimizin atası ilə telefonla danışaraq başsağlığı verib. Bu barədə saytımıza millət vəkili özü məlumat verib:

“Tovuzun və ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub.Yanıqlı kəndindəndir Elvin qardaşımız. Bu gün Xocalı soyrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır. Səbr dilədiyim şəhid atamız deyəsən səsimin titrədiyinin fərqində idi və telefonda Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun dedi. Belə şəhid ailələri qarşısında sadəcə baş əymək lazımdır. Nur içində yatsın şəhid qardaşımız. Konfrans bitən kimi inşallah Tovuza gəlib ailəmizi ziyarət edəcəm. İnanıram ki Tovuz şəhidimizi yüksək səviyyədə son mənzilə yola salacaq. Qaniniz yerdə qalmayacaq əziz şəhidlərimiz.”

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir