2 ayda 1700 kubmetrlik limit bitdi

Köhnə ev sahibinin mavi yanacağa olan borcu yeni ev sahibi üçün problemə səbəb olub. Hadisə Sabunçu rayon Zabrat qəsəbə sakini Bəxtilə Qədirovanın başına gəlib. O, dekabr ayının 12-də Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsində bir ev alıb. Yanvar ayında isə məlum olub ki, mənzilin sayğacında texniki problem var. Bununla bərabər, mənzilinin köhnə sahibinin “Azəriqaz”a 112 manat borcu da yaranıb. Bu isə hər bir vətəndaşa verilən illik 1700 kubmetrlik limitin cəmi iki aya dolmasına səbəb olub.

Daha sonra isə Bəxtilə Qədirova qazın kartına əlavə olaraq 18 manat pul yükləyib. Həmin məbləği sayğaca yüklədikdən sonra məlum olub ki, artıq qazın hər 1 kubmetri üçün sayğacın balansından 20 qəpik silinir.

İndi isə Bəxtilə Qədirova problemin köhnə ev sahibindən qaynaqlandığını və ona əlavə limit verilməsini istəyir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ”Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin sözçüsü İbrahim Kərbəlayev “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali istehlakçıları üçün verilən 1700 kubmertlik qazın hər bir kubmetrinin qiyməti 10 qəpikdən hesablanır. Bu limiti keçən vətəndaşlar üçün isə qazın hər bir kubmetrinin qiyməti 20 qəpikdir. O ki, qaldı problemin köhnə ev sahibindən qaynaqlanmasına və vətəndaşa əlavə limitin verilməsi məsələsinə, İbrahim Kərbəlayev bildirdi ki, sayğacın yenilənməsinə baxmayaraq, mənzildə bir abonent kodu olduğu üçün vətəndaşa əlavə limitin verilməsi nəzərdə tutulmur.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir