Qardaşını mahnı üstündə öldürən şəxs: “Onun balalarına mən baxacam” – VİDEO

Bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi
ARB TV-nin “Rezonans” verilişində bu dəfə mahnı üstündə qardaşını bıçaqlayan şəxsin etirafları təqdim olunub.

Vasif Maqsudov (9 il): “İçib gəlmişdim. Evə gəlib telefonda mahnıya qulaq asırdım. Qardaşım da içib yatmışdı. Obiri otaqdan mahnının səsini almağımı dedi. Eşitmədim. Durub gəldi. Qışqırdı üstümə, əliylə də bir-iki dənə vurdu. Keçdim mətbəxə, arxamca gəldi. Bıçağı götürdüm ki, qorxutdum onu. Məni vurmaq istəyəndə atam tutdu onu. Atamın qarnından vurub yerə yıxdı. Mənə dedi ki, ya sən, ya da mən ölməliyəm.

Gördüm, gəlir üstümə, bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi. Tez gedib qonşudakı həkimi çağırdım. Amma ölmüşdü. Onunla aramız yaxşı idi. Amma təəssüf ki, belə şey oldu. Peşmanam. Azadlığa çıxandan sonra onları öz övladım kimi saxlayacam. Qardaşımı həbsə düşməyimin ilk günü yuxuda gördüm. Mənə dedi ki, mən sağam, evdəkilərdən muğayat ol. Allah qapını açsın”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir