Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO

Fevralın 5-də YouTube portalında İŞİD terrorçusunun Azərbaycan xalqına ünvanlanmış videomüraciəti yayılmışdı.

Virtualaz.org xəbər verir ki, terrorçu Azərbaycanı terror aktları ilə hədələyirdi.

Usama ben Ladeni yamsılayan yaraqlı iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını təhdid edirdi.

Lakin bir neçə saat əvvəl “Facebook” sosial şəbəkəsində bu terrorçunun cəsədinin fotoları yayılıb.

Onun çıxışının və öldürülməsinin dəqiq tarixləri məlum deyil.

Ehtimal olunur ki, o, öz videomüraciətini sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir