Əhaliyə BÖYÜK MÜJDƏ!

Azərbaycan hökumətinin qənaət rejiminə keçidi icra hakimiyyəti strukturlarına əməlli-başlı divan tutub

Dotasiyaların kəsilməsi, iş adamlarından pul yığılmasına son qoyulması və rüşvət imkanlarının məhdudlaşması nəticəsində onların günü göy əskiyə bükülüb.

Rayon icra hakimiyyəti strukturlarında çalışanlar açıq şəkildə şikayət edə bilməsələr də, ayrı-ayrı məclislərdə və toplantılarda gəlirlərini kəsilməsindən narazılıq edirlər.

İcra hakimiyyəti başçıları da gedişatda narazıdır. Bir tərəfdən ölkə rəhbərliyi tərəfindən onlara xəbərdarlıq edilir, rüşvətə son qoymaq tələb olunur, digər tərəfdən isə gəlirlər azalır, sistem şəffaflaşır, məmurlar “qan ağlayır”.

Hakimiyyət yeni iqtisadi sistemə keçid edib və bununla da məmurların qeyri-rəsmi qazanc yerləri bağlanıb. Məmurlar vətəndaşlara gəlir mənbəyi kimi baxırdı, süründürürdü, rüşvətlə iş həll edirdi.

Prezident Administrasiyasına kütləvi şikayətlər, PA rəhbəri Ramiz Mehdiyevin dekabrın 26-da keçirdiyi müşavirə, ardınca prezidentin yanvarda olan konfransı RİH-lərinin bütün imkanlarını qapadıb.

Artıq icra başçıları əvvəlki qədər torpaqları, əraziləri qarış-qarış sata bilmir, iş adamlarının obyektlərindən pul yığdıra bilmir, büdcə pullarını mənimsəyib, rayonun abadlaşdırılmasını sahibkarların hesabına həyata keçirmək imkanı yoxdur. Bir sözlə, icra hakimiyyətlərində çalışan məmurlar kasıblaşıblar.

millixeber.com xəbər verir ki, bununla hakimiyyət yeni daxili siyasət strategiyasını açıqlamış olub.Regionlarda icra başçıları və nazirliklərdə vəzifəli şəxslər vətəndaşların problemlərinə biganə yanaşır, onların şikayətlərini dinləmir, qapıdan qovur. Bu kimi hallar dəfələrlə rastımıza çıxıb, mətbuatda ictimailəşib.

Əsasən də rayonlardakı icra başçılarından və bəzi nazirlərdən şikayətlər üstünlük təşkil edir. İddialara görə, Lənkəran, Lerik, Sabirabad və Göyçay, Zərdab-Ucar, eləcə də Nəsimi, Binəqədi, Xətai rayonlarının icra başçıları əhalini boğaza yığıb.

Narazı vətəndaşlar süründürülür, qəbul edilmir, şikayətinə baxılmır. Eyni zamanda Gəncə, Laçın, Şamaxı, habelə Hacıqabul, Saatlı rayonlarının başçılarından PA-ya şikayətlər gönədrilir.

millixeber.com

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir