Azərbaycanda satılan maşının İtaliyada oğurlandığı üzə çıxdı – ŞOK TƏFƏRRÜAT-VİDEO

Azərbaycanda maşın aldı, Rusiyaya gedəndə oğurluq olduğunu öyrəndi.

Məlum oldu ki, 10 min manata aldığı avtomobil 8 il əvvəl İtaliyada oğurlanaraq satılıb.

Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən 10 min manata avtomobil alıb. Pulu ödəyib və avtomobili öz adına keçirmək üçün yol polisinə müraciət edib. Burada da həmin avtomobil Rüstəm Əliyevin adına keçirblər.

Bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona avtomobilin oğurluq olduğu deyilib.

Kor-peşman avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki, onu satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola bilməz, əgər olsaydı yol polisi onu adına sənədləşdirməzdi. Sonra isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.

Məsələ ilə bağlı adı çəkilən Rövşən Kazbekovla əlaqə saxladıq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirdi ki, işində nöqsana yol verərək həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə, o, bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər.

xezerxeber.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir