İrəvanda xalq ayağa qalxdı – Lapşinə görə

Bu dəqiqələrdə Belarusun İrəvandakı səfirliyinin binası qarşısında bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına etiraz olaraq nümayiş keçirilir.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nümayişdə deputatlar da iştirak edir.

Müxalif deputat Nikol Paşinyan Belarus səfirinin ünvanına “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb, lakin səfirliyin əməkdaşları domofonla ona çatdırıblar ki, səfir yerində yoxdur və bəyanatı qəbul edə bilməyəcəklər. Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarları qışqırırlar.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir