Onun müharibəsi bayrağımız Şuşada dalğalananda bitəcək…

Nazim Bayram…. bu ada mətbuatda və sosial şəbəkələrdə rast gəldim.  Qarabağ savaşı tarixinə  fərqli , qərəzsiz və obyektiv   münasibəti məndə  maraq oyatdı. Araşdırdım, öyrəndim və aprel döyüşləri ərəfəsində  tanış oldum.
Qarabağ savaşı başlayana kimi Rusiyada yaşayan , orada həyatını qurmuş bir gənc… Vətənin dar günündə,  “hərbi məktəbi nə üçün oxumusan?” deyən qəhrəman bir Ananın çağrışı ilə Vətənə dönən və  Ana xeyir –duası ilə Vətənin-  Qarabağın müdafiəsinə yollanan iki qardaşdan biri!  Qardaşının Daşaltı əməliyyatında Şəhid olması onun düşmənə  nifrətini birə beş artırmaqla yanaşı, doğma Qarabağın azadlığı uğrunda əzmini daha da gücləndirdi. O, müxtəlif istiqamətlərdə , əsasən də Ağdərə  uğrunda döyüşlərin ən  qızğın yerində və önündə mərdliklə döyüşdü,  əməliyyatlara rəhbərlik  etdi. Sonra həyat  onu sınağa çəkdi, çox keşməkeşli bir ömür yaşadı, lakin  çəkdiyi  əzab- əziyyətlər onun ruhunu sarsıda  bilmədi. Qarabağa sevgisi, Vətənə məhəbbəti, Dövlətimizə  sədaqəti, düşmənə nifrəti bir an da olsun  zəifləmədi! O, bu gün  Vətəninə, Millətinə, Dövlətinə  olan  bağlılığını, sadiqliyini   üzərinə düşən işin öhdəsindən layiqincə gəlməklə sübut edir, Qarabağ müharibəsi həqiqətlərinin gənclərimizə çatdırılması  üçün dayanmadan çalışır, hər zaman, xüsusilə aprel döyüşləri ərəfəsində Haqq işimizə, Dövlətimizə və Ordumuza   yönələn çirkin informasiya müharibəsinə qarşı mübarizənin önündədir. İlk imkan düşən kimi veteran və qazilərimizlə birlikdə cəbhə xəttinə yollandı, qələbə sevincini yaşayan və yaşadan  əskərlərimizlə, zabitlərimizlə bir yerdə oldu, uzun illər həsrətində olduğu doğma T-72 nin  sükanı arxasına əyləşdi.
Nazim Bayram üçün Vətən müharibəsi,Vətən uğrunda müharibə heç zaman  bitməyib, davam edir. Onun müharibəsi bayrağımız Şuşada dalğalananda bitəcək. Qarabağ uğrunda düşünmədən canını fəda etməyə hazır olan bu Vətən fədaisi müharibəsini bitirmək üçün hər an Ali Baş Komandanın döyüş əmrini gözləyənlərin ön sırasındadır.
Doğum günün mübarək Nazim Bayram!
Akif Həsənov,
Qarabağ müharibəsi veteranı,
Beyləqan  batalyonunun sabiq komandiri
moderator.az
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir