Rusiyanın ümidləri öldü: “Krım Ukrayna ərazisidir”

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Krımın Ukrayna ərazisi olduğunu deməklə Vaşinqtonun rəsmi mövqeyini ifadə edib.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib:

“Məncə, Heyli açıq şəkildə bizim Rusiyanın Krımı işğal etməsindən yaranan narahatlığımızı çox yaxşı ifadə edib. O, bu barədə konkret cavab səsləndirib”.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası zamanı Donald Tramp Krımı Rusiya ərazisi kimi tanıyacağını bəyan etmişdi. Bu, Kiyevin kəskin etirazına səbəb olmuşdu.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir