İstifadəyə yararsız şinlərin üzərində yeni izlər açıb satan şəxs yaxalandı – Bakıda

Sürücüləri ölümə yollayan şəxsə cinayət işi açıldı
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə
Bakıda vətəndaşlara təzə adı ilə köhnə avtomobil təkərləri satan şəxs yaxalanıb. Azadinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri tədbirlərlə istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub. F.Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir