Mağazadan oğurluq edən Şəmkir və Cəlilabad sakinləri tutulub

Şəmkir rayonu ərazisində oğurluq edən şəxslər tutulub.

Azadinfo.az bildirir ki APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə fevralın 2-də tutulan Arzu Əsgərli, Əli Yusifov və Qurban Məmmədovun ətrafında Goranboy və Şəmkir Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Şəmkir rayonu ərazisində daha 3 mağazadan pul, ərzaq məhsulları, spirtli içki və tütün məmulatları oğurladıqları da müəyyən edilib.

Nazirlikdən onu da bildiriblər ki, Cəlilabad rayonunun Təzəkənd kəndindəki mağazalardan birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini İslam Fətiyev tutulub. O, fevralın 2-ə keçən gecə Təzəkənd kəndindəki mağazalardan birindən qapının qıfılını sındırmaq yolu ilə 140 manat və 270 rus rublu oğurlamaqda şübhəli bilinir. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 mağazadan 200 manat pul və danışıq kartları oğurladığı müəyyən edilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir