8 yaşlı Həsən günbəgün daşa çevrilir – dəhşətli xəstəlik – VİDEO

Bu oğlanın 8 yaşı var və o da yaşıdları ilə oynamaq, əylənmək, qaçmaq, dəcəllik etmək istəyir. Amma bacarmır, alınmır.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 8 yaşlı Mehendi Həsən Banqladeşin şimalındakı Naoqan vilayətindəki Dona Raninaqar kəndində yaşayır. O, həddən artıq nadir xəstəliyə düçardır.

Mehendi Həsənin dərisi qabıq qoyur, sonra o qabıqlar möhkəmlənir, qaysaqlanır və sümük kimi möhkəm olur.

Bu daşlaşmış dəriyə toxunanda Həsən ağrı çəkir.

Üstəlik, kənd sakinləri Həsəni ələ salır, onu “lənətlənmiş uşaq” adlandırırlar.

Anasının və nənəsinin dediklərinə görə, onlar Həsəni yaşıdlarından qorumağa çalışırlar.

“Oğlum həyatını evdə keçirir. Uşaqlar ondan qorxurlar, vururlar. Üstəlik, ona toxunanda dəhşətli ağrılar hiss edir”, – Həsənin anası Cahanara Bequm söyləyib.

İş o yerə çatıb ki, Həsən paltar geyinməkdən belə qorxur. Çünki paltar onun dərisinə toxunanda Həsən ağrıdan qıvrılır.

Həsən doğuşundan 12 gün sonra onun anası, kərpic emalatxanasında fəhlə işləyən Cahanara və atası, sürücü Əbül Kəlam Azad uşağın dərisindəki anomaliyanı sezmişdilər.

Əbul Kəlam Azadın söylədiyinə görə, Həsəni indiyədək çox həkimlərə göstərib, müayinələr aparılıb: “Oğlumun dərdinə əlac tapılmır. Kimsə onu müalicə edə bilmir. Sürücülükdən qazandığım pulların hamısını balama sərf edirəm. Dövlətdən, imkanlı insanlardan yardım istəyirəm”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir