Tarixdə 4 min nəfərin həyatına son qoyan ən ölümsaçan çovğun – VİDEO

Kakkan və Kumar kəndlərində bir nəfər olsun belə sağ qalmayıb

45 il bundan əvvəl fevralın 3-də İranda ölkə tarixində ən dəhşətli təbiət kataklizmlərindən biri başlayıb. Qafqaz istiqamətindən gələn qar fırtınası altı gün ərzində davam edib.


Qarın adətən dağ rayonlarında yağdığı quraq iqlimə malik dövlət təbii ki, belə təbiət hadisəsinə tamamilə hazır olmayıb. Bu, tarixdə baş verən və 4 min insanın həyatına son qoyan ən ölümsaçan hadisədir.
Müqayisə üçün: 1989-cu ildə Banqladeşdə baş verən ən dağıdıcı tornado 1300 nəfərin həyatına son qoyub.


Fevralın 9-da qarın yağmasında nisbi zəifliyin müşahidə edildiyi zaman ölkənin şimal-qərbində və mərkəzində qar örtüyü hündürlüyü 3 metrə çatıb, cənubda isə qar qatının hündürlüyü 8 metr təşkil edib. 100-lərlə yaşayış məntəqəsi ətraf aləmdən təcrid olub: çovğun telefon və elektrik enerjisi ötürücü xətlərini qırıb, yollar qar altında qalıb.

Nəticədə 100-dən çox kənd tam dağılıb. Evlərində gizlənməyə çalışan insanlar damın çökməsi nəticəsində ölüblər, bəziləri isə diri-diri qar qatı altında qalaraq həyatlarını itirib. Kakkan və Kumar kəndlərində bir nəfər olsun belə sağ qalmayıb.

Çoxlu sayda insan itkisinə səbəb xilasedicilərin yardıma gedə bilməməsi olub. Praktiki olaraq “sıfır həddə” görüntü hətta vertolyotla hərəkətə imkan verməyib. Bir çoxları donvurma və xəstəliklərdən ölüb, tibbi ləvazimatlar çatdırılmayıb. O günlərdə havanın temperaturu -20 Selsi dərəcəyə düşmüşdü. Çovğun bitdikdən sonra taqətdən düşmüş iranlılar üstəlik güclü daşqınlarla qarşılaşdılar…

interaztv.com

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir