Qarlı havada sürücülərə kömək edən DYP əməkdaşları Türkiyədə GÜNDƏM OLDU – VİDEO

Türkiyə mediası Azərbaycan yol polislərinin qarlı havada avtomobillərə kömək etməsi haqda yazıb.

Azadinfo.az Publika.az-a istinadən xəbər verir ki, məşhur “Haberler.com” saytı Azərbaycanda üç gün ərzində yağan qarın yolların buz bağlamasına səbəb olduğu və avtomobillərin yolda qaldığı haqda məlumat yayıb.

“Azərbaycan yol polisinin qarda sürüşən avtomobilləri xilas etmək cəhdləri isə sosial mediada rekord qırıb. Bu örnək hərəkətlərinə görə, yol polisləri sosial medianın gündəminə düşüb”, – deyə sayt yazır.

Azərbaycan yol polisinin avtomobillərə köməyi ilə bağlı xəbərlər “Sözcü”, “Posta” kimi məşhur internet qəzetləri tərəfindən də yayımlanıb.


Karda Kalan Arabaların Imdadına Polis Yetişti by haberler

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir