Təcili: Aİ-92 markalı benzin və metroda gediş haqqı da bahalaşır – Son dəqiqə

Azərbaycanda Aİ-92 markalı benzinin də qiymətini artırmağa hazırlıq gedir

Azadinfo.az bildirir ki Politika.Az-ın əldə etdiyi məlumata görə, SOCAR xalqa qar-çovğunda benzin şoku yaşatmağa hazırlaşır.

Məlumatda deyilir ki, Aİ-92 markalı benzinin qiyməti 75 qəpiyə qaldırıla bilər. Bununla bərabər, ictimai nəqliyyatda gediş haqlarının artacağı gözlənilir. Gələn xəbərlərə görə, metroda və marşrutda gediş haqlarının qalxması qaçılmazdır.

Qeyd edək ki, ötən gecədən Azərbaycanda bəzi benzin markalarının qiyməti yenidən bahalaşıb. Bahalaşma “Aİ-95 Premium” və “Aİ-98 Super” markalı benzin növləri ilə bağlıdır.

SOCAR-dakı mənbələr qeyri-rəsmi olaraq bunu həmin markadan olan benzinin ölkəyə xaricdən idxal olunması və dolların bahalaşmasıyla əlaqələndiriblər.

Azərbaycanda istehsal olunan “Aİ-92″ markalı benzinin və dizel (L-62) yanacağının qiymətinin isə hələ ki dəyişməyəcəyi bildirilib. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.”Aİ-92” 0,70 AZN, L-62 isə 0,60 AZN-ə satılır.

Xatırladaq ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən “Aİ-95 Premium” markalı benzinin qiymətində artım baş vermişdi.

Bu gün “Aİ-95 Premium” markalı benzinin qiyməti 1,15 AZN, “Aİ-98 Super”inki isə 1.20 AZN-dir. Hər iki markadan olan benzin 10 qəpik bahalaşıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir