Surqutda azərbaycanlı güllələnib.

Rusiyanın Surqut şəhərində azərbaycanlı güllələnib.

APA-nın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında “Rus” kafesində iki qrup arasında kütləvi dava baş verib. Daha sonra dava iştirakçılarından biri qarşı tərəfdə olan azərbaycanlının başına atəş açıb. Həmin şəxs yerində ölüb. Hadisəni törədən şəxs isə qaçıb.

Hadisənin təfərrüatı araşdırılır. Cinayətdə şübhəli bilinən şəxsin axtarışı davam etdirilir.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir