Müğənni Damla Pərviz Bülbüləyə görə depressiyaya düşüb – VİDEO

Müğənni Damla duet ortağı, meyxanaçı Pərviz Bülbülə ilə sevgili olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib. Azadinfo.az Lent.az-dan əldə etdiyi məlumatına görə, ailəm.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, meyxanaçı ilə sevgili deyil: “Sosial şəbəkədə Pərvizlə mənim birgə şəkillərimin, videolarımın altına çox qəribə şərhlər yazırlar. Yazırlar ki, sən camaatın ailəsini dağıdırsan, imkan vermirsən, camaat həyatını yaşasın. Sən nə arsız insansan? Bütün bunlardan sonra depressiyaya düşdüm. Bilirsiniz ki, Pərvizin də prodüseri onun qaynıdır, ona zəng etdim, dedim ki, bu nə söhbətdir? O dedi ki, narahat olmayım, Pərvizin həyat yoldaşı onun bacısıdır və bacısı çox xoşbəxtdir. Onun sözlərindən sonra rahatlaşdım”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir