Bakı sakini 81 yaşlı atasını yandıraraq öldürüb

Hadisəni törətdikdən sonra o, könüllü olaraq Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsinə gələrək təslim olub

Ötən gecə Sabunçu rayonu, Maştağa qəsəbəsində ağır cinayət faktı qeydə alınıb.

İnterAz-ın əldə etdiyi məlumata görə, 31 yaşlı İlyas İmdad oğlu Mehdiyev 81 yaşlı atasının olduğu evə benzin tökərək yandırıb. Yanğın nəticəsində İmdad Mehdi oğlu Mehdiyev evdə yanaraq ölüb.

Hadisənin təfərrüatları ilə bağlı məlum olub ki, 81 yaşlı İ.Mehdiyev uzun müddətdir ki, ailə üzvlərini incidirmiş və ötən gün də həyat yoldaşını döyüb. Evə gələn 31 yaşlı oğul İlyas Mehdiyev anasının atası tərəfindən döyüldüyünü görüb və onu qonşuya aparıb, sonra atasının olduğu evi yandırıb.

Hadisəni törətdikdən sonra o, könüllü olaraq Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsinə gələrək təslim olub.

İşi araşdıran Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Zaur Qasımovun verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1 ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və İmdad Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən İlyas Mehdiyevin psixi pozğunluğunun olmadığı və maşın təmiri ilə məşğul olduğu bildirilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir