Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yolların buz bağlaması Sabunçuda 4 avtomobilin toqquşmasına səbəb olub, 8 nəfər xəsarət alıb
Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub.
“Report”un məlumatına görə, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 8 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.

Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Qəza zamanı 1980-ci il təvəllüdlü Abdullayev Rasim Əhməd oğlu və 1996-cı ildə anadan olmuş Rzayev Kamran Dilqəm oğlu da xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir