Səudiyyə Ərəbistanı şahzadəsi sevimli şahinləri üçün 80 təyyarə bileti alıb -VİDEO

Səudiyyə Ərəbistanı şahzadəsi sevimli şahinlərini ABŞ-a aparmaq üçün Amerika hava yolları təyyarəsinin ekonom-klass salonunda 80 yerin pulunu ödəyib.

Azadinfo.az bildirir ki bu barədə SalamNews TASS-a istinadla xəbər verir.

Məlumatda nə sahibin, nə də quşların uçuşunun detalları verilir. Belə qeyri-standart vəziyyətin yeganə sübutu lələkli qonşuları ilə Birləşmiş Ştatlara səyahət edən göyərtə sərnişinlərindən birinin “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi fotosu olub. Fotoda hər biri dörd kreslodan ibarət, demək olar, bütün mərkəzi sıraları şahinlərin tutduğu görünür. Kreslolar arasında quşların rahatlığı üçün xüsusi lövhələr yerləşdirilib. Yırtıcılar qəfəssiz, lakin zəncir-xaltalarda və başlarında xüsusi papaq geyindirilmiş vəziyyətdə olublar.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir