Qadın krediti olduğu “Bank of Baku”-nun şüşələrini sındırdı

 

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Bakıxanov qəsəbəsindəki bank filialına hücum edən 46 yaşlı Flora Xəlilovanın orta məktəb müəllimi olduğu üzə çıxıb.

Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub.

Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.

Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir