Kürdəmirdə qeyri adi hadisə – VİDEO

Kürdəmirdə üç gözlü buzov doğulub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasu kənd sakini Araz Mətətova məxsus fərdi təsərrüfatda qeydə alınıb.
Təsərrüfat sahibinin sözlərinə görə, belə bir hadisəyə birinci dəfədir rast gəlir.

Baş verən hadisə sakinlərin böyük marağına səbəb olub. Hadisənin digər maraqlı tərəfi isə heyvanın hər 3 gözündə görmə qabiliyyətinin normal olmasıdır. Kürdəmir rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq şöbəsinin rəisi Cahan Zülfüqarovun sözlərinə görə, belə hadisələr əsasən heyvanın ana bətnində inkişafı zamanı əmələ gələn patoloji haldır.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir