Tanınmış killer azərbaycanlı “qanuni oğru”nun “ovuna” çıxdı…

Keçmiş SSRİ məkanında ən məhşur killerlərdən biri sayılan Nazim Hümbətov (kriminal aləmdə “Xramoy Nazim” kimi tanınır-red.) azərbaycanlı “qanuni oğru” Zaur Əliyevin (kriminal aləmdə “Zayka” kimi-tanınır-red.) “ovuna” çıxdığını deyib.
Azadinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, buna səbəb killer “Xramoy Nazim”lə “Zayka” moslvadakı “Motrosskaya tişina” həbsxanasında yaranan konflikt səbəb olub. Onu da qeyd edək ki, “Xramoy Nazim” rəsmi olaraq dörd nəfəri güəlləriyinə görə həbs olunub. Ancaq qeyrirğsmi məlumatlara görə, onun ayağında onlarla adamın ölümü olduğu bildirilir. “Xramoy Nazim” hazırda Lotu Qulinin qruplaşamsında yer alır.
“Xramoy Nazim”lə “Zayka” arasında yaranan xronlogiya
2014-cü ilə beş nəfərlik silahlı dəsətəsi ilə Moskva polisi tərəfindən həbs edilən Zayka “Motrosskya tişina” həbsxanasına gətirilir. “Zayka” ilə digər azərbaycanlı “qanuni oğru”lar Lotu Quli və rəhmətlik Rövşən lənkəranski arasında hər zaman konflikt olub. “Zayka”nın biriqadası hər zaman özünəməxsus formada Rusiyada daha güclü cinayətkar dəstə olan R. Lənkərnaskinin və Lotu Qulinin dəstəsinə qarşı dayanıb və aralarında mütəmadi olaraq münaqişə yaşanıb.
Lotu Quli ilə “Zayka” arasında ən ciddi konflikt isə 8 il bundan öncəyə gedir. Belə ki, 8 il bundan öncə Lotu Qulinin adamları Əliyevə yaxın iş adamlarından birindən külli miqdarda pul istəyir. Bu hadisədən sonra tərəflər arasında “razborka” olur. “Razborka” da yaranmış söz-söhbətdə qərara alınır ki, Lotu Quli ilə “Zayka” telefon əlaqəsi yaratsın. Telefon danışığı zamanı isə “Zayka” Lotu Quli barəsində bir neçə təhqiredici ifadə işlədib.
Bundan sonra Lotu Qulinin adamları “Zayka”nın “ovuna” çıxsalar da, “Zayka” onlar üçün əlçatmaz adam olub.
Ancaq “Zayka”nın 2014-cü ildə həbs olunaraq “Motrosskaya tişina” həbsxanasına düşməsi Lotu Quliyə “Zayka”dan öz qisasını almaq üçün gözəl bir fürsət yaradır. Çünki “Mortosskaya tişina” da Lotu Qulinin xeyli sayda dəstə üzvünün olduğunu nəzərə alaraq, onalr vasitəsi ilə qisas almaq qəaraına gəlir. Burada ən məhşur killerlərdən olan Nazim Hümbətov da bu həbsxanada cəza çəkir.
Plan qurulur…
Plana əsasən Nazim Hümbətov və avtoritet Erdak Lənkəranskinin başçılığı ilə dəstə üzvləri Zaykanın kamerasına daxil olub, onu “sındırmaq” və baş verən hadisələrin video görünütüsünün birbaşa yayımlanması qərara alınır. Nəhayət 30 nəfərlik dəstə zaykanın hücrəsinə daxil olur. Hücrəyə daxil olan dəstə Zaykaya fiziki zor işlədərək onu çox pis formada döyürlər. Azərbaycanlı “qanuni oğru” Zayka”nın döyülmə prosesi başdan ayağadaək bir neçə mobil telefon vasitəsi ilə çəkilərək, birbaşa Skype vasitəsi ilə Lotu Qulinin cəza çəkdiyi həbsxanada birbaşa translyasiya olunur. Bütün işgəncələrə rəğmən “Zayka” sınmır. Onun sınmadığını görə qarşı tərəf onu sındırmaq üçün başq metoda əl atır. Qarşı tərəf “Zayka”nın hamilə həyat yoldaşını telefonla təhdid edirlər. Bax, bundan sonra Zayka sınır.
Bu hadisə tərəflərin düşmənçiliyini daha da kəskinləşdirir.
Killer Nazim Hümbətov cə Erdak Lənkəranski cəzalandırılır…
Baş verən hadisə kriminal aləmdə ciddi reonansa səbə olur və bunu qaydaalra uyğun olmayan hərəkət sayırlar. Kriminal avtoritetlər bu hadisəyə görə Lotu Qulinin “Zayka”ya hücum edən dəstəsini cəzalandırmağı qərara alır. Bu iş “Motrosskaya tişina”nın vəziyyətinə baxan “qanuni oğru” Nukri Doçyaya həvalə olunur. “qanuni oğru” Nukri Doçiyanın başçılığı ilə dəstə Nazim Hümbətovu, Erdak Lənkəranskini və digər 7 nəfəri ciddi cəzalandırır, onları vəhşicəsinə döyürlər. Bununla da “Xramoy Nazim”lə “Zakya” arasında şəxsi konflikt yaranır.
Qisas hissi…
“Xramoy Nazim” “Zayka”dab bu “obid”in əvəzini çıxamağa qərara alır. Dəfələrlə qisas alaçağı barədə “Zayka”ya mesajlar ünvanları. Verilən bəzi məlumatlara görə hətta “Xramoy Nazim” “Zayka”dan qisasını almağacəhd göstərir və bu cəhdlər uğursuzluqla nəticələnir.
“Xramoy Nazim”lə “Zayka” aarsında yaranan bu konfliktdən sonra həbsxana rəhbərliyi “Zayka”nı həbsxanada digər bir bloka köçürürlər. Oradan isə xəstəxanaya yerləşdirilməklə üzərində nəzarət gücləndirilir.
Bütün bunlara baxamayaraq “Xramoy Nazim”in “Zayka”ya mesajları bitmir və onun qisasçılıq hissləri daha da güclənib. “Xramoy Nazim” “Zayka”ya mesaj göndədərək deyib ki, o, həbsdən azadlığa sağ çıxmayacaq və qisasımı alacam.
Onu da qeyd edək ki, yanvarın 17-də Moskva məhkəməsi Zaur Əliyev “Zayka” və onun başçısı olduğu silahlı dəstə barəsində məhkəmə hökmünü çıxarıb. Məhkəmənin hökmü ilə “Zayka” 18 il, onun dəstə üzvləri silhalı dəstə üzvləri Namik Qənbərov, Anar Nəsirov, Elnur və Anar Yusibov 13-15 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Rusiya Federasiyasının Cinayət Məcəlləsinin beş maddəsi ilə iş adamlarından külli miqdarda pul tələbetmə, quldurluq, insan oğurluğu, banditizmdə təqsirli biliniblər.
Vəkillər isə məhkəmə prosesində ciddi qanun pozuntusuna yol verildiyindən yuxarı instansiya məhkəməsinə şikayət edəcəklərini də bildiriblər.
Bununla belə vəkili “Zayka”nın onkoloji xəstəliyə düçar olduğunu da qeyd edib. “Zayka” bu xəstəliyi ilə bağlı istintaq təcridxanasına olan zaman uzun müddət müalicə aldığını da deyib.
Hazırladı Mürtəza

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir