Rusiyanın təqdim etdiyi qovluqda Suriyanın adı dəyişdirilir.

Rusiya qərarını açıqladı: “Suriyanın adı dəyişdirilir, kürdlərə muxtariyyət verilir…”

Rusiyanın “Astana iclası”nda iştirakçı dövlətlərə payladığı qovluğun içərisindəki məlumatlar aşkara çıxıb.

Azadinfo.az A24.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaharova bildirib ki, 30 dekabrdan bu yana Rusiyanın İran və Türkiyə ilə etdiyi ortaqlıq nəticəsində Suriyada vətəndaş müharibəsi səngiyib. Zaharova Rusiya hökümətinin mübahisənin həlli üçün etdiyi kompromis təklifini ümumi olaraq dəyərləndirib: “Suriyalılara nə ölkələrindəki problenlərin həll olunma şərtlərini, nə də konstitusiyanı zorla qəbul etdirməyə çalışırıq”.

Zaharova Rusiyanın Suriyada xüsusi bir kürd bölgəsi yaratmaq istəyi ilə bağlı yayılan xəbərləri də yalanlayıb: “Biz muxtar kürd bölgəsinin yaradılmasını önə çıxartmamışıq. Bizim etdiyimiz suriyalıların qərar qəbul etməsi və aralarında mübahisə yaradan məsələləri ön plana çıxarmaqdır. Suriyada döyüşənlərin əllərindən silahı almağın, yerinə konstitusiyanı verməyin zamanı gəlib. Cari məsələlər bunlardır”.

“Al Jazeera” kanalı isə Rusiyanın təqdim etdiyi qovluğun bütün tərkibini ortaya çıxarıb. Rusiyanın təklifində daha öncə prezidentin əlində olan bəzi səlahiyyətlərin parlamentə verilməsi nəzərdə tutulur. Prezidentin parlamenti buraxmaq hüququ yoxdur, ancaq parlament prezidenti vəzifəsindən azad edə bilər. Rusiyanın təklifinə görə, prezident ali baş komandan vəzifəsinə də gətirilməlidir. Konstitusiya qovluğunda muxtar kürd mədəni orqanları da yer alıb. Bu təşkilatlarda ərəbcə və kürdcə bərabər statusda olacaq və ikisi də rəsmi dil olaraq qəbul ediləcək. Məsləhətləşmələrdə Suriyanın adına da toxunulub. Ölkənin adının Suriya Ərəb Cümhuriyyəti yerinə Suriya Cümhuriyyəti olması qeyd edilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir