Gündəmdə olan telefon danışığı bu gün baş tutacaq

Trampla Putinin telefon danışığının dəqiq vaxtı açıqlanıb

ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında ilk telefon danışığı bu gün, Moskva vaxtı ilə saat 20:00-da baş tutacaq.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Bundan əvvəl Trampla Putin 2016-cı il, noyabrın 14-də telefonla əlaqə saxlamışdılar. Vladimir Putin Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etmişdi.

Məlumata görə, bu gün Donald Tramp həmçinin Almaniya, Fransa, Yaponiya və Avstraliyanın rəhbərləri ilə də telefon danışığı aparacaq.g

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir