Ağsuda faciə.Həyətə çıxarkən oğlunun asılmış meyitini gördü

Azərbaycanda faciəvi hadisə – ata-anası meyitini tapdı
Ağsu rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. Azadinfo.az Lent.az-a istinadən xəbər verir ki bu gün saat 06 radələrində rayonun Bico kəndində yaşayan 1986-cı il təvəllüdlü Abdullayev Kamil Hüseyn oğlunun asılı vəziyyətdə qalmış meyitini anası aşkarlayıb. Belə ki, səhər saatlarında oğlunun yerində olmadığını görən qadın həyətə düşüb və tövləyə bitişik tikilidə dəhşətli mənzərə ilə qarşılaşıb. O, dərhal həyat yoldaşını çağırıb və valideynləri ipdən asılı vəziyyətdə qalmış Kamili aşağı endiriblər. Lakin artıq gec olub və 31 yaşlı K.Abdullayevin artıq keçindiyi məlum olub.

Bildirilir ki, K.Abdullayev 31 yaşı olmasına baxmayaraq subay olub və haradasa işləməyib. Onun son illərdə psixi probleminin yarandığı deyilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir