Ölkəyə maşın gətirənlərin də işi ASANlaşdı

Fiziki şəxslərin müvəqqəti gətirdiyi avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Femida.az-a verilən məlumata görə, yanvar ayının 26-dan etibarən, şəxslər Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.

Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.

Xatırlatmaq istərdik ki, “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlər, dövlət rüsümü, iş qrafiki haqqında məlumatı 108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir