“Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir” – (Mətn)

Azərbaycanda özünü asmaqla intihar edən psixoloqun ölümdən əvvəl yazdığı şok sözlər

Xəbər verdiyimiz kimi psixoloq Dəyanət Rzayev yaşadığı mənzildə özünü asaraq intihar edib.

Artıq faktla bağlı cinayət işi başladılıb.

Sosial şəbəkələrdə isə Dəyanət Rzayevin intihardan əvvəl ki, fikirləri yayılıb.

Dəyanət Rzayevin sözügedən fikirlərini təqdim edirik:

“İntiharların arxasında ədalətsizlik, təbəqələşmə, sosial-iqtisadi məqamlar dayanır. Bu gün Azərbaycanda ümidsizlik, qeyri-müəyyənlik və qorxu hökmranlıq edir. Əgər Azərbaycan kişisi evinə çörək apara bilmirsə, o, çox dözülməz duruma düşür və özünü təhqir olunmuş sayır. Üstəlik, banka borclu olanda, onun vəziyyətini təsəvvür edin. Mənim anam 150 manat pensiya alırsa, bu, böhran deyilmi? Əlbəttə böhrandır. Nəhayət, məhkəmələr də bankların tərəfindədir. Belə olanda, vətəndaş intihara əl atır, çünki o, mənliyini intiharla qoruduğunu hesab edir”.

Sizinyol.com

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir