Zorlanan 15 yaşlı qızını boğub öldürən ana MƏHKƏMƏ QARŞISINDA

Təcavüzə məruz qalan 15 yaşlı qızını qəzəblənərək boğub öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Azadinfo.az bildirir ki bu barədə Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 12-ə təyin edilib.

Qeyd edək ki, qətl bu il Bakıda baş verib. 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğaraq qətlə yetirib. Məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şərflə boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Ona Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir