Почему могут спускать колеса авто смотрите тут kamael.com.ua
Предложения строителей смотрите здесь
Дренажная система водоотвода вокруг фундамента - stroidom-shop.ru

Türkiyədə ikisi kamikadze olmaqla beş terrorçu yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Şanlıurfa bölgəsində Suriyadan qanunsuz yolla bu ölkə ərazisinə keçən 5 terrorçu yaxalanıb. Onlardan ikisi kamikadzedir.

Kürd Fəhlə Partiyası (PKK) və onun alt qurumlarının üzvü olduqları sübut edilən terrorçular İstanbulda terror aktları həyata keçirmək üçün Türkiyə ərazisinə gəldiklərini etiraf ediblər. İlkin istintaq zamanı məlum olub ki, yaxalanan terrorçular Suriya ərazisindəki PKK düşərgələrində hərbi təlim keçiblər. Onlar kamikadze kəmərləri, o cümlədən digər silah və sursat növlərini əlaqələndirici terrorçulardan alıb İstanbula yola düşəcəkmişlər.

Sabir Şahtaxtı

AZƏRTAC

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir