Hizbullahdan şok: “Rusiya bizdən oğurladı, geri çəkilirik…”

Hizbullahçı şəxs ərəb kanallarından birində təşkilatın Rusiya ilə bağlı narahatlığını və mövqeyini açıqlayıb.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan Hizbullah üzvü çoxlu suriyalı öldürdüklərini, ancaq Livana geri dönmək məcburiyyətində qaldıqlarını bildirib.

“Rusiya Suriyanı bizdən oğurladı. Artıq Suriyada qalıb savaşa bilmərik. Suriya artıq Rusiyanındır. İsraildəki torpaqları azad edəcəyik”, – Hizbullah üzvü qeyd edib.

Kim olduğu və adı məlum olmayan hizbullahçı Suriyadan bezdiklərini, artıq Suriyada əsas güc olmadıqlarını da sözlərinə əlavə edib.

“Suriya artıq Rusiya və İranındır. Suriya ordusu deyə bir şey yoxdur. Suriya ordusunda vuruşanlar hizbullahçılardır. Həmçinin əfqan Fatimiyun briqadası, Həşdi Şabi və İran İslam İnqilab Keşikçiləridir”, – Hizbullah üzvü söyləyib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir