Почему могут спускать колеса авто смотрите тут kamael.com.ua
Предложения строителей смотрите здесь
Дренажная система водоотвода вокруг фундамента - stroidom-shop.ru

Səudiyyə qadın hüquqları videosu izlənmə rekordları qırır – VİDEO

2 həftə ərzində 3 milyon izləndi
Səudiyyə Ərəbistanda qadınların repressiyasına diqqəti cəlb edən pop musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyici toplayıb.

“Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürərməsini, basketbol oynarmasını və rəqs etməsini göstərir.

8ies media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu 3 milyondan çox insan izləyib.

Tam müsəlman geyimində qadınları müxtəlif əyləncə növləri ilə məşğul olduğunu göstərən videonun mahnısına “təki Allah bizi kişilərdən xilas etsin” sözləri də daxildir.

Görünür ki, video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.

Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar.
Youtube-da istifadəçilərin biri yazıb ki, “inanılmaz videodur!! Səs pisdir və məzmunu ondanda betər… Təssəvür edin ki, qızlar (avtomobil) sürürlər və kişilər belə geyinib rəqs edirlər. Allah bizi qorusun.”

Başqası isə yazıb: “Video klip gözəldir. Komediya ilə qızların məruz qaldıqları repressiyanın bir aspektini göstərir.”

Üçüncü bir istifadəçi isə yazıb: “Xarici qəzetlər bu (video) barədə yazırlar. Yaradıcı insanlar – dünyaya göstərin ki, Səudiyyə Ərəbistanda incəsənəti qiymətləndirməyə qadir olan istedadkl insanlar var. Bura təkcə dini polis, mollalar, İD (özünü İslam Dövləti adlandıran qruplaşma) üzvləri və gerilikdən ibarət deyil.”

BBC

bizimyol.info

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir