Deputatdan Nurayla bağlı açıqlama – “Bunu edənlər cəzalansın” – VİDEO

Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov 10 yaşlı Nurayla bağlı dünəndən sosial şəbəkəkərdə geniş müzakirə olunan hadisəyə münasibət bildirib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisədən xəbərdardır və hazırda o işlə məşğuldur: “Mən indi məsələylə bağlı Qubar rayon Məhkəməsinin sədri Füzuli Pənahovla danışdım. O dedi ki, uşağın atası və xalası ilə görüşüb. Onları barışdırmaq istəyib. Çox çalışıb, amma tərəflər barışmayıb. Sonra məcbur olub məhkəmə qərar verib. Qızın xalası da qərardan apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.

Rayon icra hakimiyyətinin birinci müavini ilə danışdım. Ədliyyə Nazirliyi ilə də əlaqə saxladım. Ümumiyyətlə, bu məsələ doğrudan da müzakirə olunacaq bir hadisədir. Lap tutalım ki, məhkəmənin qərarı var. Onun qərarına mən qarışmaq istəmirəm. Çünki məhkəmə qərarları müstəqil qəbul etməlidir. Amma qərar qəbul olunsa da, 10 yaşlı uşağı, onun xalasını o vəziyyətə salmaq heç düzgün deyil. O icraçıların o vəziyyətdə uşağı alıb atasına verməyi mən qəbul etmirəm. Bu faktiki olaraq insanlığa, azərbaycançılığa yaraşmayan bir məsələdir. Mən bunu pisləyirəm. Ədliyyə nazirinə məktub hazırlayıram ki, bu barədə araşdırma aparsın. Bu işdə kim günahkardısa, ona cəza versin. İcraçılar ondan ötrü deyil ki, necə gəldi hərəkət etsinlər. Mən o anormal hərəkətə baxanda dəhşətə gəldim”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir