Reinkarnasiyanın ən böyük dəlili kimi qarşıya qoyulan ürkütücü bir hadisə

Bu məlumat reinkarnasiyaya inanmayanları belə şübhə altına salacaq.

11 yaşındakı bir qız olan Joanna və onun bacısı Jacqueline hadisənin mərkəzindədir.
5 May 1957-ci il, qorxunc bir avtomobil qəzasında həyatlarını itirən bu kiçik qızlar, arxalarında böyük bir sirr buraxacaqlarından xəbərsiz idilər. Əkizlərin qorxunc ölümündən 1 il sonra ana ilə atanın (John və Florence Pollock’un) yenidən əkiz qızları dünyaya gəlir.

Əkizlərdən Jennifer’ın belində, Jacqueline’dəkinin eynisi olan bir doğum ləkəsi vardır. Alnında isə yenə Jacqueline’in qəza sonrasında yaralarından birinə çox bənzəyən bir doğum ləkəsi var.

Ailə, əkizlər 3 aylıqkən başqa bir evə köçürlər

Qızlar 2 yaşına gəldiyində, ölən bacılarına aid oyuncaqları istəməyə başlayırlar. Bu başlanğıcda çox normal görünsə də, o oyuncaqları heç görmədiklərini desək hadisənin birdən necə ürküdücü bir hala gəldiyini hiss edə bilərsiniz. Oyuncaqları aldıqlarında isə onlara, ölən əkizlərin qoyduğu adları qoyurlar; üstəlik bu məlumatı də bilmələrinə imkan yox ikən.

Ailə təkrar köhnə evinə köçəndə qızlar, 3 aylıqkən köçmüş olduqları bu evdə hər yeri, necə olursa əzbərdən bilirlər.
Ölən qardaşlarının getdiyi məktəbi göstərib, məktəbin arxasında ki, bağçada keçmişdə oyunlar oynadıqlarını söyləyirlər.

Üstəlik qorxuducu hadisələr bunlarla da tükənmir.
Hərəkət edən bir avtomobil gördükləri anda titrəyib həyəcanlanan bu qızlar, ” maşın bizi tutmağa gəlir” deyə qorxmağa başlayırlar. 5 yaşına qədər bu şəkildə davam edən əkizlər, sonrasında tamamən normal olurlar.

Qızlar o dövrdə elə diqqət çəkir ki, dövrün məşhur psixoloqlarından Lan Stevenson ailəni tapır.

1918-2007 illərdə yaşayan Stevenson, 1987-ci ildə keçmiş həyatlarını xatırlayan, reinkarnasiyanın dəlili kimi dayanan uşaqlar üzərinə bir kitab yazır. 14 ayrı hadisənin bəhs edildiyi bu kitabda, Pollock əkizlərə də yer verir.

Pollock Əkizləri reinkarnasiya tarixinin ən mübahisəli və ən məşhur nümunələrindən biridir.

Hadisənin pərdə arxasını aydınlaşdırmaq böyük ehtimalla heç bir zaman mümkün olmayacaq və bu kiçik qızların hekayəsi sirrli bir şəkildə illərcə izah edilməyə davam edəcək …

mmsd.az

reinkarnasiya-1

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir