Naxçıvan-Məşhəd sərnişin qatarı istifadəyə verildi -(FOTOLAR)

Naxçıvan-Məşhəd sərnişin qatarı ilə il ərzində 12 min sərnişin daşınacaq

Dekabrın 29-da etibarən Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb.

Azadinfo.az SalamNews-a istinadən xəbər verir ki, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir

Qeyd olunub ki, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında gömrük, miqrasiya, sərhəd buraxılışı və viza xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Sərnişin qatarının fəaliyyətə başlaması üçün Bakı şəhərindən hər biri 36 yerlik kupe tipli 3 müasir sərnişin vaqonu gətirilib. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə yola düşəcək və il ərzində 12 min sərnişin daşınacaq. 40 İsveçrə frankı olan gediş haqqı biletin satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən ediləcəkdir. Naxçıvan və Culfa dəmiryol stansiyalarında biletlərin satışı təşkil olunub.

naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-1 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-2 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-3 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-4 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-5 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-6 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-7 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-8 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-9 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-10 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-11 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-12 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-13 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-14 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-15 naxcivan-t%c9%99briz-tehran-m%c9%99sh%c9%99d-s%c9%99rnisin-qatari-16

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir