Ərdoğan “hesabını bu gün üçün tutma. 10 il sonranı görməyi bacar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı zamanı ona sual ünvanlayan kosovalı jurnalistə özünəməxsus şəkildə cavab verib.

Azadinfo.az Axar.az-a istinadən xəbər verir ki, jurnalist “Bir məktəb bağlanır, bir həbsxana açılır deyə bir söz var. Siz nə üçün Gülən məktəblərini bağlamaq istəyirsiniz?” sualını türk liderə ünvanlayıb.

Ərdoğan isə cavabında həmin məktəblərin terrorçu yetişdirdiyini bildirib:

“Əgər həmin təhsil ocaqlarında ölkəsinə xəyanət edən gənclər yetişdirilirsə, demək ki, həmin məktəblər öz vəzifəsini yerinə yetirmir. Biz şəhidlər verdik. Bunlar hansı səbəbdən baş verdi? Məhkəmə dəqiqliklə hər şeyi müəyyənləşdirib. Bu ölkənin parlamentini, baş nazirini, prezident sarayını bombalayan FETÖ-çu zehniyyətdir. Burada etdiklərini sabah Kosovada da edərlər. Hakimiyyəti ələ keçirərlər. Siz hər şeyi indiki məqam üçün nəzərdə tutursunuz. Sevimli qardaşım, hesabını bu gün üçün tutma. 10 il sonranı görməyi bacar”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir