Sona çatmaqda olan il mədəniyyət sahəsində ağır itkilərlə yadda qalacaq (FOTOLENT)

Sona çatmaqda olan 2016-cı ildə Azərbaycanın mədəni həyatı fərəhli hadisələrlə və tədbirlərlə zəngin olub. Bununla yanaşı, ölkənin mədəniyyət aləmi bir neçə görkəmli sənət adamını da itirib.

Azadinfo.az bildirir ki SalamNews-un məlumatına görə, Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçısı Maqsud İbrahimbəyov, Xalq artistləri İlhamə Quliyeva, Musa Mirzəyev, Oqtay Zülfüqarov, Tofiq İsmayılov, Muxtar Maniyev, Ağaxan Abdullayev, aktyor Ziyadxan Cəbrayılov dünyalarını dəyişiblər.

Ölkənin görkəmli söz adamlarından Fikrət Sadığın, Taleh Həmidin, Söhrab Tahirin, İlyas Tapdığın, tanınmış jurnalistlərdən Emil Ağayevin, İnterAz TV-nin prezidenti Saleh Xudiyevin, “Xalq qəzeti”nin sabiq əməkdaşı Ələsgər Müzəffər oğlunun vəfatı da ağır itkilərdən olub.

2016-cı il həm də Əməkdar rəssamlar İsmayıl Məmmədovun, Fərman Qulamovun və memar Fazil Məmmədovun vəfatı ilə yaddaşlarda qalacaq.

zelimxan_yaqub itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-8 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-7 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-6 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-1 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-2 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-3 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-4 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar-5 itirdiyimiz-s%c9%99n%c9%99tkarlar

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir