Hər 10 dəqiqədə Yəməndә bir uşaq aclıqdan ölür

“Seyac” Uşaq Hüquqları Cəmiyyəti Yəmənin şimal şərqində yerləşən Həccah şəhərində 60 mindən artıq Yəmənli ailə üçün yardım çağırışı edib.

Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, “Seyac” Uşaq Hüquqları Cəmiyyətinin sədri Əhməd Əl-Karşi Facebook-dakı şəxsi səhifəsindən açıqlama verərək, Səudiyyə rejimi ilə Yəmən sərhədi arasında yerləşən ərazidə 100 min ailənin müharibə səbəbilə mühacirət etdiyini bildirib.

150 mindən artıq uşağın baş verən müharibə və köçmələrə görə yardıma möhtac olduğunu deyən Əhməd Əl-Karşi dərman və yemək kimi, lazımlı ehtiyacların təmin olunmaması səbəbilə vəba və malariya kimi yoluxucu xəstəliklərin bölgədə artdığını qeyd edib.

“Seyac” Uşaq Hüquqları Cəmiyyəti beynəlxalq insan haqqları təşkilatlarından Yəməndə baş verənləri nəzərə almalarını tələb edərək, təcili lazım olan yardımların regiona çatdırılmasında səy etmələrini istəyib.

Qeyd edək ki, bir müddət əvvəl BMT də 18 milyon Yəmən vətəndaşının humanitar yardımlara ehtiyacı olduğunu bildirmişdi.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir