Почему могут спускать колеса авто смотрите тут kamael.com.ua
Предложения строителей смотрите здесь
Дренажная система водоотвода вокруг фундамента - stroidom-shop.ru

Adəm Məmmədov: “Rusiyada yaşayan azərbaycanlılar Astan Şahverdiyevi məhkəməyə versələr, onlara pulsuz hüquqi yardım göstərərəm” — FOTO

Tanınmış vəkil, sabiq deputatlığa Adəm Məmmədov son seçkilərdə rəqibi olmuş, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların ünvanladığı təhqirəmiz fikirlərinə münasibət bildirib.

Azadinfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, deputat Astan Şahverdiyev milləti təhqir etdiyi qədərdə dövlətin imicinə ziyan vurur. Onun fikrincə, deputatın bu təhqiramiz sözləri cəzasız qalmamalıdır:

“Ermənistan kimi mənfur bir düşmənlə müharibə vəziyyətində ola-ola, Azərbaycanın haqq səsinin xaricdə eşidilməsi üçün böyük çaba xərcləyərək başqa ölkələrdə yaşayan yurtdaşlarımızın lobbiləşmə yolunda dövlətin apardığı siyasətin belə bir aktiv dönəmində, illərdə dünya azərbaycanlılarını həmrəliyə dəvət edən, hətda xüsusi bayram şəklində qeyd edilməsi ərəfəsində Astan Nüşrəvan kimi siyasi savadsız, tutduğu statusun məsuliyyətini dərk etməyən, qüsurlu nitqi ilə insanların şərəf və ləyaqətini alçaldan, qohum-əqrabasının etiraf etdiyi kimi şərxoş təxəyyül və sərxoş gündəm yaşayan birisinin çıxıb ağzına gələn təhqiramiz ifadələrlə bəyanət verməsi, milləti təhqir etdiyi qədərdə dövlətin imicinə ziyan vurur ya yox?”, – deyə Adəm Məmmədov vurğulayıb.

Vəkilin fikrincə, təhqir olunan şəxslər mütləq buna görə, A. Şahverdiyevi məhkəməyə verməlidirlər:

“Azərbaycandan kənarda yaşayan hər bir fərd, bu təhqiri şəxsi qəbul etməkdə haqlıdır və öz şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edə bilər. Cavabdehin yaşayış yeri üzrə yerli məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslər etibarnamə versə, onlara pulsuz hüquqi yardım göstərərəm. Azərbaycana gəlmələrinə ehtiyac yoxdur”, – deyə A. Məmmədov bildirib.

Xatırladaq ki, dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Bununla bağlı millət vəkilinin AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb

“Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”, – deyə millət vəkili bildirib.

ad%c9%99m-astan

Ziya Səccad

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir